21/05/2018 19:15

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9978 0.0273 0.3765


ASAN xəbər

Allahşükür Paşazadə: Heç kimə imkan verməməliyik ki, Azərbaycanda dini qarşıdurma yaratsın


15.05.2018   12:20


"Regionda bəzi dairələr daxildən və xaricdən dindarların əli ilə Azərbaycana təsir göstərmək istəyir, qarışıqlıq yaratmaq istəyir".

ASAN Radionun məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Ramazan ayının başlanması ilə bağlı tədbirdə deyib.

O qeyd edib ki, bu dairələrin məqsədi ilk mərhələdə Azərbaycanda dini qarşıdurma yaratmaqdır: "Din amilindən istifadə edərək, İraq və Suriyada vəziyyəti qarışdırdılar. Azərbaycanda da bu hadisələri törətmək istəyənlər var”.

Şeyxülislam dindarları bu məsələlərdə diqqətli olmağa çağırıb: “Bu məsələlərdə diqqətli olmalıyıq, heç kimə imkan verməməliyik ki, Azərbaycanda dini qarşıdurma yaratsın”.

 

 




Xəbər lenti

21 May













ASAN Radio telefonunuzda
Facebook