USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İnam Kərimov: “Aqrar sahə yeni mərhələyə qədəm qoyub”

"Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən ölkədə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilir. Bu siyasətin nəticəsi olaraq iqtisadiyyatın aparıcı sahələrindən biri olan aqrar sahə tamamilə yeni mərhələyə qədəm qoyub".

ASAN Radio xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Bakıda keçirilən kənd təsərrüfatı və qida sərgisinin açılışında deyib. Nazir bildirib ki, ölkədə istehsal edilən məhsulların rəqabətə davamlılığının artması və ixrac imkanlarının genişlənməsi sevindirici haldır: 

 

"Bu da bütövlükdə milli səviyyədə Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsinə, o cümlədən qlobal miqyasda öz töhfəsini verib. Hazırda prioritet istiqamətlərimiz yüksək məhsuldarlığın təmin edilməsi, yerli məhsulların rəqabət qabiliyyətinin artırılması, o cümlədən qida təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsidir. Bu sahədə innovasiyaların tətbiqi, fermerlərlə yaxınlıq, aqrar sahədə düzgün idarəçilik kənd təsərrüfatının fəaliyyətinin əsas prinsipləri kimi bəyan edilib".

 

İ.Kərimiv qeyd edib ki, qarşıya qoyulan məqsədlərə çatılması üçün artıq kənd təsərrüfatı məhsullarının istehsalında innovasiyalar, yeni yanaşmaların tətbiqi prioritet təşkil edir: "Bu məqsədlə aqrar sənayenin inkişafı və təkmilləşməsində, yerli və xarici iş adamları üçün məlumat mübadiləsində və biznes əlaqələrinin qurulmasımda belə sərgilərin xüsusi əhəmiyyəti var".

 

Qeyd edək ki, bu gün Bakıda 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi, 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya Sərgilərinin açılışı olub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!