23/10/2018 05:42

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9570 0.0259 0.3012


Birjadasan

Bakının bəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılıb


16.05.2018   12:42


Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə, Bakı-Ələt avtomobil yolunun Azneft dairəsi–Bayıl dairəsi arasında yerləşən hissəsində (hər iki istiqamətdə) və Lökbatan-Qobu-Hökməli avtomobil yolunda yeni üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılır.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən ASAN Radioya bildirilib ki, bu məqsədlə, sözügedən yollar boyu mayın 16-sı axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılıb.

 

Sürücülərin diqqətinə çatdırılır ki, Bakı Dairəvi-1 avtomobil yolunda (hər iki istiqamət üzrə) əyri-xətli dəmir tirlərin yol ayrıcında və yolun kənarlarında yenilənməsi işləri aparılır. Bu məqsədlə avtomobillərin hərəkəti iş gedən zolaqlar üzrə məhdudlaşdırılıb.

 

Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 

 




Xəbər lenti

22 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook