USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İstanbulda “Azərbaycan Xalq Cümhuriyyəti - 100-cü il parkı” açılıb

Diasporla İş üzrə Dövlət Komitəsi və İstanbul Maltepe Bələdiyyəsinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti 100-cü il Parkı”nın açılışı olub.

Komitədən ASAN Radioya verilən məlumata görə, mərasimdə Azərbaycan və Türkiyənin rəsmi şəxsləri, Azərbaycan parlamentinin deputatları Nizami Cəfərov, Adil Əliyev, Musa Qasımlı, diplomatlar, ziyalılar, yerli ictimaiyyətin nümayəndələri, İstanbuldakı soydaşlarımız və media təmsilçiləri iştirak ediblər.

Parkın açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra Maltəpə Bələdiyyəsinin sədri Ali Kılıç, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim və Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev çıxış edib.

Uzun illər Almaniyadakı türk icmalarına rəhbərlik etdiyini, eləcə də Azərbaycan diaspor təşkilatları ilə sıx əməkdaşlığını qürurla xatırlayan Ali Kılıç bildirib ki, parka “Azərbaycan Xalq Cümhuriyyəti” adının verilməsi Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyətinin bəhrəsidir.

Ümummilli Lider Heydər Əliyevin dövlət müstəqilliyimizin qorunması və ölkəmizin inkişaf strategiyası barədə müəyyən etdiyi siyasətin nəticələrindən bəhs edən Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim Azərbaycan-Türkiyə münasibətlərinin bundan sonra da uğurla davam edəcəyini ifadə edib.

Çətin tarixi şəraitdə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) keçdiyi yola nəzər salan Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev isə XX əsrin sonunda dövlət müstəqilliyimizin bərpa olunması, ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası və müstəqilliyimizin qorunması istiqamətində qəbul etdiyi siyasi qərarların mahiyyətindən danışıb.

Qeyd edək, ümumi sahəsi 36 min m²-dən çox olan parkın böyük hissəsini yaşıllıq zonası təşkil edir. Parkda bütün yaş qruplarının istirahət üçün hər cür şərait yaradılıb.

Parkın açılışından sonra Türkiyədəki azərbaycanlı rəssamların sərgisi və həmin əsərlərdən ibarət kataloqun təqdimatı keçirilib. Sərgi on gün davam edəcək.

Türkan Saylan Mədəniyyət Mərkəzində isə Azərbaycan Xalq Cümhuriyyətinin 100, Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileylərinə həsr edilən konfransda professor Aygün Əttar və Milli Məclisin deputatı Musa Qasımlının çıxışları dinlənilib.

Tədbir çərçivəsində AXC qurucularının həyatda olan varisləri - Ə.Hüseynzadənin qızı Feyzavər Turan Alpsar, Cavad xanın nəticəsi Leyla Keykurun, Hüseynqulu xanın nəvəsi Kərim Mehmetzadə, Ə.Topçubaşovun nəvəsi Gülnarə Kürdəmir, professor Əhməd Cəfəroğlunun qızı, Sabancı muzeyinin direktoru Nazan Ölçer, AXC-nin daxili işlər naziri Mustafa Vəkiloğlunun qohumu İbrahim Yıldırım, İrəvan xanın nəvəsi Turhan Tuqut və başqaları Diasporla İş üzrə Dövlət Komitəsinin fəxri fərmanı ilə təltif ediliblər.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!