USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"İNNOLAND" İnnovasiya Mərkəzi loqo müsabiqəsi elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ölkədə innovativ mühitin yaradılması, startap və innovativ sahibkarlığın inkişafı, yeni texnologiyaların geniş yayılması istiqamətində fəaliyyətin təşkili məqsədi ilə Azərbaycanda “İNNOLAND” inkubasiya və innovasiya mərkəzinin yaradılması ilə bağlı işlərə başlayıb. 

“İNNOLAND” mərkəzinin əsas məqsədi startapçılara ideyadan başlayaraq müstəqil şirkətin qurulmasınadək bütün proseslərdə dəstək göstərmək, yerli və xarici investorlarla əlaqələndirmək və rəqabətədavamlı innovativ məhsul və ya xidmətlərin yaranmasına köməklik göstərməkdir.

Bu baxımdan, yeni açılan innovasiya və inkubasiya mərkəzi üçün loqo müsabiqəsi elan olunur. Müsabiqənin əsas tələbi mərkəzin məqsədini, innovasiya və startap fəaliyyətinə, iqtisadiyyatın müxtəlif sektorlarına dəstək funksiyalarını vizual olaraq əks etdirən loqoların hazırlanmasıdır. Loqolarda “ASAN xidmət”in loqosuna məxsus elementlərdən istifadə olunması tələb olunmur. Loqo təklifləri ən geci 2018-ci il 10 iyun tarixinə qədər www.ideya.az internet səhifəsi vasitəsilə göndərilməlidir. Qalib loqo 500AZN məbləğində mükafatlandırılacaq.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!