USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İyunun 30-dək Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdiriləcək

Azərbaycan Müəllimlər İnstitutunun(AMİ) filialları ilə birgə Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) birləşdirilməsi iyunun 30-dək tam başa çatdırılacaq. ADPU-nun mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov açıqlamasında deyib ki, birləşmə çatandan sonra ali məktəbin tələbə müəllim heyətinin sayı kifayət qədər artacaq.

Prezident İlham Əliyevin Müəllimlər İnstitutunun ADPU-ya birləşdirilməsi barədə sərəncam imzaladığını xatırladan M. İbrahimov deyib ki, hazırda bu sərəncamın icrası istiqamətində işlər gedir. M.İbrahimov qeyd edib ki, proses tam olaraq iyunun 30-dək başa çatacaq.

 

Şöbə müdiri vurğulayıb ki, qoşulma başa çatandan sonra yeni tədris ilindən AMİ-nin Bakıdakı əsas binasından ADPU-nun  tədris korpusu kimi istifadə ediləcək: “Eyni ixtisaslar, fakültələr üzrə tələbələr qarşılıqlı şəkildə birgə təhsil alacaqlar. Uyğun fakültələr üzrə tələbələrin qarşılıqlı tədrisi aparılacaq. Azərbaycan Müəllimlər İnstitutunun bölgələrdəki filialları isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin  filialları olaraq fəaliyyətini davam etdirəcək. Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdirilməsinə başlanarkən institutun 7 filialı var idi. Lakin sonradan prezidentin sərəncamı ilə Zaqatala filialı Azərbaycan Dövlət İqtisad Universitetinin, Qazax filialı isə Bakı Dövlət Universitetinin tabeçiliyinə verilib. Yeni tədris ilindən Azərbaycan Müəllimlər İnstitutunun 5 filialı – Cəlilabad, Şamaxı, Quba, Şəki, Ağcabədi Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialı olaraq fəaliyyətini davam etdirəcək. Burada tədris bizim tədris proqramlarına uyğun olaraq aparılacaq”.   -

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!