26/05/2018 08:30

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9906 0.0276 0.3585


Mədəniyyət

Azərbaycan Turizm Assosiasiyası “Travel Trade Show - İTB 2018” sərgisində iştirak edir  


17.05.2018   17:23


Azərbaycan Turizm Assosiasiyası (AZTA) Çinin Şanxay şəhərində keçirilən “Travel Trade Show - İTB 2018” sərgisində iştirak edir.

ASAN Radio xəbər verir ki, AZTA- nın təşkilatçılığı ilə sərgidə 8 yerli turizm şirkəti iştirak edir. Şirkətlər müxtəlif reklam vasitələri ilə ölkəmizin turizm potensialını təbliğ edir və potensial tərəfdaşlarla biznes əlaqələrinin qurulması haqqında danışıqlar aparırlar.

Sərgidə Azərbaycanın turizm imkanlarına həsr olunmuş stend iştirakçılar tərəfindən böyük maraqla qarşılanır. Sərgi şərçıvəsində Azərbaycan Turizm Assosiasiyası və Çinin Turizm Assosiasiyası əməkdaşlıq haqqında Memorandum imzalayıblar. Memorandum birgə lahiyələrin həyata keçirilməsi, beynəlxalq sərgilərdə iştirak, eləcə də qarşılıqlı turist axınını təmin etmək sahələrində əməkdaşlığı nəzərdə tutur.




Xəbər lenti

25 May
24 May













ASAN Radio telefonunuzda
Facebook