26/05/2018 08:30

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9906 0.0276 0.3585


Gündəm

Həmsədrlər gələn ay regiona səfər edəcəklər


17.05.2018   18:31


ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) gələn ay Ermənistana səfər edəcəklər.

APA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirib.

"Həmsədrlər iyun ayında Ermənistana səfər edəcəklər. Aydındır ki, Ermənistanda hökumət dəyişib, xarici işlər naziri dəyişib. Ən azı tanışlıq səfəri edəcəklər", - deyə o vurğulayıb.

Qeyd edək ki, həmsədrlər Azərbaycan xarici işlər işlər naziri Elmar Məmmədyarovla mayın 15-də Parisdə görüşdən sonra yaydıqları bəyanatlarında iyun ayında Ermənistanın yeni rəhbərliyi ilə danışıqlar aparacaqlarını bildirmişdilər. Lakin görüşün yeri açıqlanmamışdı.

Vasitəçilərin Ermənistana səfər edəcəkləri barədə məlumat onların həm də Azərbaycana gələcəkləri ehtimalını gücləndirir.

 




Xəbər lenti

25 May
24 May













ASAN Radio telefonunuzda
Facebook