USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakıda I Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçirilir

Mayın 18-də Bakıda Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, Avropa İttifaqı və Dünya Bankının təşkilatçılığı ilə I Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçirilir.

 

ASAN Radionun məlumatına görə, konfransın açılış mərasimində çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib ki, tədbirin əsas məqsədi dünyanın qabaqcıl texnologiyasının Azərbaycana gətirilməsi və ölkəmizdə tətbiqi, həmçinin insanların sağlam qida ilə təchiz olunmasıdır. “Ölkəmizdə qida təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi, bu sahədə təhlükəsizliyin təmin edilməsi agentliyin qarşısında duran başlıca vəzifələrdən biridir”, - deyə o bildirib.

 

Q.Təhməzli qeyd edib ki, yarandığı 4 ay ərzində qida təhlükəsizliyi sahəsində 27 normativ hüquqi akt qəbul olunub, hüquqi baza yaradılıb və bu istiqamətdə işlər davam edir.

 

Avropa İttifaqının nümayəndəsi Jeroen Villems Azərbaycanın kənd təsərrüfatının inkişafında qısa zamanda böyük nailiyyətlər qazandığını vurğulayıb. Diqqətə çatdırılıb ki, agentliyin yaradılması sayəsində ölkədə əhalinin sağlam qida ilə təchizi sahəsində də müsbət dəyişikliklər müşahidə olunur.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!