USD - 1.7 EUR - 1.9288 RUB - 0.0264 TRY - 0.311 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycan və İran dövlət sərhədində Novruz belə qeyd edildi - FOTOLAR Sabah hava necə olacaq? Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti artırılıb Quba-Xınalıq yolu  bağlandı - qar uçqunlarına görə Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
Səməd Seyidov: "Bu sanksiya Azərbaycana qarşı ikili standartların nəticəsidir"

“Bir insan kimi mənim üçün bu ədalətsizliklə üzləşmək asan deyil. Çünki uzun illər Avropada fəaliyyət göstərmişəm, Avropa ölkələri ilə təmasda fəaliyyət göstərmişəm. İndi birlikdə işlədiyim yerdən sanksiya ilə üzləşmək mənim üçün asan deyil”.

ASAN Radionun məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ona qarşı qurumda tətbiq edilən sanksiya ilə bağlı çıxışında deyib.

O qeyd edib ki, buna baxmayaraq, sanksiyaya məruz qalmasından şərəf duyur: “Çünki mən dövlətimin milli maraqları uğrunda fəaliyyətimə görə bununla üzləşmişəm. Bu sanksiya Azərbaycana qarşı ikili standartların nəticəsidir. Necə olur ki, etnik təmizləmə siyasəti aparan Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmur, amma Azərbaycana qarşı sanksiyalar tətbiq edilir.

Azərbaycan prezidentinin fəaliyyəti, iri layihələrdə Azərbaycanın rol alması, TANAP layihəsinin bir aydan sonra işə düşməsi, Böyük Britaniya ilə müqavilənin uzadılması dövlətimizin qüdrətini göstərir və heç kim bunu sarsıda bilməz. Səməd Seyidov bu gün nümayəndə heyətinin rəhbəridir, sabah sıravi bir insandır. Bizim balalarımız bu gün cəbhədə canlarını qoyurlar, bizim siyasi cəbhədə fəaliyyətimiz bundan üstün deyil”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio