USD - 1.7 EUR - 1.9369 RUB - 0.0256 TRY - 0.3176 DAHA ÇOX
SON DƏQİQƏ
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib Aİ Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqların konkret nəticələrini səbirsizliklə gözləyir “Azeri Light”ın bir barrelinin qiyməti 64 dolları ötüb “ASAN xidmət” mərkəzlərində 20 Yanvar şəhidləri anılıb Bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək
"ASAN xidmət” təcrübəsi Beynəlxalq Forumda təqdim olunub

14-18 may 2018-ci il tarixində Belarus Respublikasının Minsk şəhərində İnformasiya Kommunikasiya Texnologiyaları üzrə 25-ci “TİBO 2018” Beynəlxalq Forumu keçirilir.

ASAN Radio xəbər verir ki, forum çərçivəsində Belarus Respublikasının Milli Elektron Xidmət Mərkəzi tərəfindən “Dövlət, biznes və vətəndaşların qarşılıqlı elektron əlaqəsi və inkişaf perspektivləri” mövzusunda  dəyirmi masa təşkil olunub.

Dəyirmi masada Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi tərəfindən “Dövlət xidmətlərinin göstərilməsində yeni yanaşma – “ASAN xidmət”” mövzusunda  təqdimat edilib.

Təqdimatda “ASAN xidmət” təcrübəsi, Dövlət Agentliyi tərəfindən elektron hökumət, e-xidmətlər sahəsində həyata keçirilən layihələr və görülmüş işlər ilə bağlı ətraflı məlumat verilib.

Tədbir zamanı Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs ilə Belarus Respublikasının Milli Elektron Xidmət Mərkəzi arasında dövlət xidmətlərin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.  

Memorandumun məqsədi tərəflər arasında dövlət xidmətlərinin göstərilməsi, elektron hökumət, xidmətlərin elektronlaşdırılması və sosial innovasiyalar sisteminin inkişafı sahəsində sahəsində əməkdaşlığın genişləndirilməsidir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio