23/09/2018 15:01

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 2.0024 0.0256 0.2727


İdmandasan

Kiyevdə futbol həyəcanı: UEFA ÇL-nın final oynuna 100 min əcnəbi gələcək


18.05.2018   16:15


UEFA Çempionlar Liqasının mayın 26-da Kiyevdə keçiriləcək final oyunu ilə əlaqədar gələn həftə Ukrayna paytaxtına 100 min əcnəbinin gəlməsi gözlənilir.

Bu barədə AZƏRTAC-a açıqlamasında Ukrayna Futbol Federasiyasının mətbuat xidmətindən bildiriblər.

Oyun günü “Borispol” aeroportuna əlavə olaraq 100 çarter reysi ilə hərəkət edən təyyarələrin eniş etməsi gözlənilir. Təkcə həmin gün Kiyevə 20 min azarkeş təşrif buyuracaq. Çarter reysi ilə gələn təyyarələr mayın 27-də səhər saat 07:00-dək aeroportda qalacaq.

Final oyunu ilə əlaqədar mayın 24-dən Kiyevin mərkəzi hissələrində başlayacaq futbol festivalı mayın 26-da axşam saat 20:00-dək davam edəcək.

UEFA Çempionlar Liqasının final oyununda “Real” və “Liverpul” komandaları üz-üzə gələcəklər.




Xəbər lenti

22 Sentyabr
21 Sentyabr











ASAN Radio telefonunuzda
Facebook