USD - 1.7 EUR - 1.9335 RUB - 0.0255 TRY - 0.3185 DAHA ÇOX
SON DƏQİQƏ
Xarici valyutaların manata qarşı məzənnələri Ermənistandakı seçkilərin ilkin nəticələri Elektron ticarətə həsr olunmuş tədbir keçirilib Elxan Məmmədov: Futbol üzrə aşağı yaş qrupları üzrə milli komandaların baş məşqçiləri də istefaya göndərilib Bazar günü Bakıya yağış, bəzi rayonlara isə qar yağacaq
Z.Həsənov: Ölkəmizin iqtisadi yüksəlişi və hərbi potensialının artması Ermənistanı iflasa uğradıb

Mayın 18-də birlik, birləşmə, hərbi hissə komandirləri və xüsusi təyinatlı hərbi təhsil müəssisələri rəislərinin şəxsi heyətlə iş üzrə müavinlərinin iştirakı ilə “Müasir döyüşün mənəvi-psixoloji təminatının aktual problemləri” mövzusunda seminar keçirilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov seminarda iştirak edən şəxsi heyətlə görüşüb.

MN-dən ASAN Radioya xəbər verilib ki, əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Döyüş və mənəvi-psixoloji hazırlıq işinin cari vəziyyəti ilə bağlı geniş təhlil aparan general-polkovnik Z.Həsənov bu istiqamətdə fəaliyyətin yüksək səviyyədə təşkili, hərbi qulluqçuların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, müasir silah və texnikanı dərindən bilmələri və bir sıra digər məsələlərlə bağlı fikirlərini bölüşüb.

Ordumuzun qazandığı nailiyyətləri xüsusi qeyd edən Müdafiə naziri bu uğurların Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğu prosesinə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb.

Müdafiə naziri bildirib ki, Azərbaycan Respublikası Prezidentinin məqsədyönlü daxili və xarici siyasəti Ermənistanı bütün regional və beynəlxalq iqtisadi layihələrdən təcrid edərək xarici yardımlardan asılı vəziyyətə salıb. Nazir xüsusilə qeyd edib ki, Azərbaycanın iqtisadi yüksəlişi və hərbi potensialının artması Ermənistanı iflasa uğradıb.

Müdafiə naziri döyüş və mənəvi-psixoloji hazırlıq işinin daim gücləndirilməsi, təhlükəsizlik qaydalarına əməl olunması və sayıqlığın artırılması, hərbi qulluqçular arasında fərdi tərbiyə işinin düzgün aparılması, qarşılıqlı münasibətlərin nizamnamələrin tələblərinə uyğun təşkil edilməsi və digər sahələrlə bağlı səylərin artırılması istiqamətində konkret tapşırıqlarını verib.

Sonra seminarın mövzusu ilə əlaqədar məruzələr dinlənilib, iştirakçılar fikir mübadiləsi aparıb və mənəvi-psixoloji təminatın təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürülüb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio