23/09/2018 14:13

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 2.0024 0.0256 0.2727


Rəsmi

Mehriban Əliyeva Parisdə UNESCO-nun baş direktoru ilə görüşüb


18.05.2018   19:25


Mayın 18-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Parisdə UNESCO-nun baş qərargahında təşkilatın baş direktoru Odre Azule ilə görüşüb.

ASAN Radio xəbər verir ki, UNESCO-nun baş direktoru Odre Azule Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya Koişiro Matsuuranın 80 illik yubileyi münasibətilə təşkil edilən tədbirdə iştirakına görə minnətdarlığını bildirdi. Qeyd etdi ki, bu tədbir Koişiro Matsuuranın 80 illiyi ilə yanaşı, ümumiyyətlə, UNESCO-nun missiya, məqsəd və fəaliyyətini təcəssüm etdirir.

Baş direktor Odre Azule bu vəzifəyə seçiləndən sonra Azərbaycanla UNESCO arasındakı münasibətlərin zəngin tarixini daha dərindən öyrəndiyini və ikitərəfli əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini diqqətə çatdırdı. O, fəaliyyəti dövründə də ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyini bildirdi.

Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü olan “Bakı Prosesi”ndən söz açaraq, bu il həmin prosesin 10 illiyinin qeyd olunduğunu vurğuladı. Birinci vitse-prezident bildirdi ki, 2019-cu ildə Bakıda növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Son illər ərzində Azərbaycan bu cür mötəbər tədbirlərə ev sahibliyi etməsi, həmçinin təhsil, elm və mədəniyyət sahələrində müxtəlif layihələrdə iştirakı ilə UNESCO-nun təşəbbüsləri və fəaliyyətinə böyük töhfələr verib.

Mehriban Əliyeva Azərbaycan mədəni irs nümunələrinin UNESCO-nun Ümumdünya Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmasına görə təşəkkürünü bildirdi.

Birinci vitse-prezident Mehriban Əliyeva bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, ötən 100 il ərzində Azərbaycan bir çox nailiyyətlər əldə edib. Bunlardan ən vacibi qadınlara seçib-seçilmək hüququnun verilməsidir ki, bu da UNESCO-nun məqsəd və məramlarına, mandatına uyğun məsələdir. Bununla əlaqədar bu il ərzində UNESCO ilə birgə tədbirlərin təşkili nəzərdən keçirildi. Baş direktor Odre Azule nəzərdə tutulan tədbirlərin keçirilməsinə dəstək verəcəyini bildirdi. O vurğuladı ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması və əldə edilən nailiyyətlər təqdirəlayiqdir.

Birinci vitse-prezident Mehriban Əliyeva baş direktor Odre Azuleni Azərbaycana səfərə dəvət etdi.




Xəbər lenti

22 Sentyabr
21 Sentyabr











ASAN Radio telefonunuzda
Facebook