22/10/2018 22:34

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9570 0.0259 0.3012


Dövlət qurumları

DİQQƏT! Rənglənmə ilə əlaqədar 2 ərazidə hərəkət qismən məhdudlaşdırılır


19.05.2018   10:10


AAYDA və BNA-nin birgə məlumatı açıqlanıb. ASAN Radionun xəbərinə görə məlumatda deyilir ki, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Heydər Əliyev prospekti, Suraxanı yol qovşağından Hava limanı istiqamətində və əksinə, həmçinin Bakı-Ələt avtomobil yolunun Bibiheybət məscidi – Lökbatan dairəsi arasında yerləşən hissəsində hər iki istiqamət üzrə üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılır.

Bu məqsədlə, sözügedən yollar boyu 19 may tarixində 11:00-dan axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə (işlərin aparıldığı zolaqlar üzrə) qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 




Xəbər lenti

22 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook