23/09/2018 14:14

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 2.0024 0.0256 0.2727


Mədəniyyət

20 saylı məktəb-liseyin şagirlərinin ASAN Radioya ekskursiyası baş tutdu


19.05.2018   10:33


Bakı şəhəri Yasamal rayonu A.Hüseynzadə adına 20 saylı tam orta məktəb-liseyin 7 "Ə" sinif şagirlərinin ASAN Radioya ekskursiyası baş tutdu.

Şagirdlər əməkdaşlarımızla, radiomuzun ayrı-ayrı strukturları, otaqları və ümumilikdə iş prosesi ilə tanış oldular. Sinif rəhbəri Sevda Rəcəbova ASAN Radioya müsahibəsində belə ekskursiyaların şagirdlərin gələcək ixtisas seçimində rolunu qeyd etdi.

Həmçinin şagirdlər  ASAN Radioya ekskursiyaları zamanı təəssüratlarını bölüşdülər. Radiodakı iş prosesi ilə tanış olan şagirdlərdən bir qismi gələcəkdə bu ixtisasa yiyələnmək istədiklərini qeyd etdilər.

Ekskursiyanın sonunda xatirə fotoları çəkildi.

Audioreportajı buradan dinləyə bilərsiniz:




Xəbər lenti

22 Sentyabr
21 Sentyabr











ASAN Radio telefonunuzda
Facebook