USD - 1.7 EUR - 1.9314 RUB - 0.0256 TRY - 0.3176 DAHA ÇOX
SON DƏQİQƏ
"Formula 1" Azərbaycan Qran Prisi ən yaxşı yarışlardan biri seçilib Prezident İlham Əliyev Bəhreynin Kralını təbrik edib Azərbaycan Prezidenti İlham Əliyev müdafiə sənayesi işçilərini təltif edib Prezident İlham Əliyev qazaxıstanlı həmkarını təbrik edib UNESCO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası 2019-cu ildə Bakıda təşkil olunacaq
Ülvi Mehdiyev: “2020-ci ildə “ASAN Xidmət” Azərbaycanı tam əhatə edəcək”

“2020-ci ildə “ASAN Xidmət” Azərbaycanı tam əhatə edəcək və hər bir Azərbaycan vətəndaşı “ASAN Xidmət”dən yararlana biləcək”. 

ASAN Radio "Report"a istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri Ülvi Mehdiyev deyib.

O bildirib ki, 2020-ci ilə qədər “ASAN Xidmət” mərkəzlərinin sayı 20-yə çatdırılacaq: “Bu ilin payızında Şəki və İmişlidəki regional mərkəzlər istifadəyə veriləcək. Mərkəzlərin hər biri 500 mindən çox əhaliyə xidmət göstərəcək. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq növbəti dövrdə daha 5 mərkəzin tikilməsi planlaşdırılıb. Bu istiqamətdə çox intensiv işlər gedir”.

Ü.Mehdiyevin sözlərinə görə, Dövlət Agentliyi Azərbaycan vətəndaşlarının kütləvi istifadə etdikləri xidmətlərin tam elektronlaşdırılmasını və vətəndaşların “ASAN Xidmət” mərkəzlərinə getmədən bunlardan istifadə edə bilmələrini qarşıya məqsəd qoyub: “Məqsədimizə çatsaq hər bir vətəndaşımız ofis və evlərindən internet vasitəsi ilə istədikləri xidməti ala biləcəklər. Prezident İlham Əliyev bu il mart ayının 14-də "Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında" fərman imzalayıb. Fərmana əsasən elektron hökumət sahəsində dövlət siyasətinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılıb. Biz hazırda işlərimizi bu tapşırıq çərçivəsində davam etdiririk”. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio