USD - 1.7 EUR - 1.9314 RUB - 0.0256 TRY - 0.3176 DAHA ÇOX
SON DƏQİQƏ
"Formula 1" Azərbaycan Qran Prisi ən yaxşı yarışlardan biri seçilib Prezident İlham Əliyev Bəhreynin Kralını təbrik edib Azərbaycan Prezidenti İlham Əliyev müdafiə sənayesi işçilərini təltif edib Prezident İlham Əliyev qazaxıstanlı həmkarını təbrik edib UNESCO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası 2019-cu ildə Bakıda təşkil olunacaq
"Atletiko"nun müdafiəçisi: "Qarabağ"la oyunlardakı heç-heçələr bizə Avroliqaya keçid bahasına başa gəldi

"Çempionlar Liqasından kənarda qalmağımız hamımız üçün, həqiqətən də, böyük sürpriz idi".

"Report"un məlumatına görə, bunu Avropa Liqasının qalibi olan İspaniya "Atletiko"sunun futbolçusu Stefan Saviç deyib.

27 yaşlı müdafiəçi Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ" komandası ilə oyunlarda etdikləri heç-heçələri xatırladıb: "Həmin dövrdə biz pis vəziyyətdə idik. "Qarabağ"ı hər iki görüşdə yenə bilməmişdik. Bundan sonra Avropa Liqasında oynamaq kədərli görünürdü. Lakin sonda hamımız toparlanaraq finala yüksəldikdə, bunun nə olduğunu gördük. Çempionlar Liqasının 1/8 final və ya 1/4 final mərhələlərində oynamaqdansa, Avroliqanın qalibi olmaq, bəlkə də, daha yaxşıdır".

Monteneqrolu oyunçunun fikrincə, "Atletiko" qrupdan çıxmağa layiq olub: "Bu, İngiltərənin "Çelsi" və xüsusən İtaliyanın "Roma" komandası ilə hər iki oyunda özünü büruzə verdi. Hər iki komandadan üstün idik. Lakin "Qarabağ"la görüşlər bizə Avroliqaya keçid bahasına başa gəldi. Fikrimcə, gələn mövsüm biz Avropa futbolunun ən yüksək zirvəsinə qayıdacaq və klub muzeyini doldurmaqda davam edəcəyik".

Qeyd edək ki, "Atletiko" Çempionlar Liqasında C qrupunu 7 xalla 3-cü pillədə başa vurub. "Qarabağ"la Bakıda 0:0, Madriddə 1:1 hesablı heç-heçə edən İspaniya klubu mübarizəni Avropa Liqasında davam etdirməli olub. Avroliqanın finalınadək yüksələn Madrid təmsilçisi həlledici görüşdə Fransa "Marsel"inə 3:0 hesabı ilə qalib gələrək üçüncü dəfə yarışın qalibi olub. 

Stefan Saviç "Qarabağ"la Bakı Olimpiya Stadionundakı görüşdə meydana çıxmayıb. "Metropolitano" stadionundakı oyunda isə o, 88-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio