20/06/2018 11:59

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9671 0.0267 0.3577


İdmandasan

“Rusiya-2018”: Yaponiya millisi ilkin heyətini açıqlayıb


19.05.2018   13:22


Futbol üzrə Yaponiya millisinin Rusiyada keçiriləcək dünya çempionatı üçün ilkin heyəti açıqlanıb.

ASAN Radio AZƏRTAC-a istinadla xəbər verir ki, baş məşqçi Akiro Nisino heyətə ilkin olaraq 27 futbolçunun adını daxil edib.

Heyətdə qapıçılardan Eiji Kavaşima (“Metz”, Fransa), Masaki Hiqaşiquci (“Gamba Osaka”, Yaponiya), Kosuka Nakamura (“Kashiva”, Yaponiya) yer alıblar. Müdafiəçilərdən Yuto Naqatomo (“Qalatasaray”, Türkiyə), Gotoku Sakayi (“Hamburq”, Almaniya), Tomoaki Makino, Gen Sedzi, Vataru Endo (hər üçü - “Urava”, Yaponiya), Maya Yoşida (“Soupqenton”, İngiltərə), Hiroki Sakai (Marsel”, Fransa), Naomisi Uedanın (“Kasima”, Yaponiya) adı siyahıda yer alıb.

Baş məşqçi əsas heyətdə yarımmüdafiəçilərdən Makoto Hasebe (“Ayntraxt”, Almaniya), Shinji Kaqava (“Borussiya Dortmund”, Almaniya), Qaku Sibasaki (“Xetafe”, İspaniya), Ryota Oşima (“Kavasaki”, Yaponiya), Toşiro Aoyama (“Hiroshima”, Yaponiya), Hotaru Yamaquçi (“Serezo Osaka”, Yaponiya), Keysuke Honda (“Paçuka”, Meksika), Genki Haraquçi, Takaşi Usami (“Fortuna Dusendolf”, Almaniya), Kento Misao (“Kasima”, Yaponiya), Takaşi Inui (“Eybar”, İspaniya) Yosuk Idequçi (“Leonesa”, İspaniya) arasında seçim edəcək.

Hücumçulardan isə Sinzi Okazaki (“Lester Siti”, İngiltərə), Yuya Osako (“Verder Bremen”, Almaniya), Yosinori Muto (“Maynz”, Almaniya), Takuma Asanonun (“Ştuttqard, Almaniya) adı ilkin siyahıya salınıb.

Yaponiya yığması dünya çempionatında Kolumbiya, Seneqal və Polşa ilə eyni qrupda mübarizə aparacaq.
















ASAN Radio telefonunuzda
Facebook