21/08/2018 12:33

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9423 0.0253 0.2835


Birjadasan

Paytaxtın iki ərazisində hərəkət məhdudlaşdırılır


21.05.2018   11:56


Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Səbail rayonu, Lökbatan dairəsindən Bibiheybət məscidinə qədər olan hissədə, həmçinin Heydər Əliyev prospektinin Hava Limanından şəhər istiqamətində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılır.

 

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən ASAN Radioya verilən məlumata görə, bu məqsədlə sözügedən yollar boyu axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılır. Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.




Xəbər lenti

21 Avqust
20 Avqust













ASAN Radio telefonunuzda
Facebook