USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
MN: Ermənistan ordusunun keçirdiyi təlimlərdə aviasiyadan istifadə ilə bağlı xəbərlər şişirdilib

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində keçirdiyi təlimlər zamanı guya taktiki və ordu aviasiyasından istifadə edilməsi ilə bağlı Ermənistan mətbuatının yaydığı xəbər şişirdilib və daxili auditoriyaya hesablanıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildiriblər.

Nazirliyin açıqlamasında qeyd olunub ki, təlimlər zamanı Ermənistan silahlı qüvvələrinə məxsus yalnız “Mi-24” tipli iki helikopter və “Su-25” tipli iki təyyarə mayın 16-da və 17-də uçuşlara cəlb edilib. Helikopterlər mayın 16-da saat 08.45-də Erebuni aerodromundan qalxaraq Vardenis-Zod istiqamətində və geriyə uçuşlar həyata keçiriblər. Təyyarələr isə mayın 17-də saat 09.44-də Ermənistanın Gümrü aerodromundan qalxaraq Sisian istiqamətində uçuş keçirib və dönmə manevri edərək saat 10.45-də Erebunu aerodromuna eniş ediblər.

“Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının radiolokasiya stansiyaları ölkəmizin hava məkanında hərəkət edən bütün aviasiya vasitələrini izləyir və onların uçuş marşrutları barədə məlumatlar dərhal Hərbi Hava Qüvvələrinin Komanda Məntəqəsinə avtomatik rejimdə ötürülür.

Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunları arsenalında olan ən müasir silah kompleksləri ilə ölkəmizin hava hüdudlarını pozan istənilən hava hədəflərini məhv etməyə qadirdir.

Bir daha düşmənin bu kimi informasiya təxribatlarına uymamağa çağırırıq”, - deyə nazirliyin açıqlamasında vurğulanıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!