USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“ADA” Universitetində “Cümhuriyyət Tələbələri” mövzusunda inşa müsabiqəsi yekunlaşıb

“ADA” Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilən silisilə tədbirlədən biri kimi tələbələr arasında keçirilən inşa müsabiqəsinə yekun vurulub.  Inşa mövzusu olaraq “Cümhuriyyət tələbələri” seçilib. Müsabiqəyə namizəd görülən inşaların arasından  yüz tələbə işi “Student Essays” toplumu şəklində çap edilib.

"ADA" dan ASAN Radioya bildirilib ki,Azərbaycan Xalq Cümhuriyyətinin varlığının 23 ayı ərzində çoxsaylı çətinlik və təhdidlərə baxmayaraq milli kadr quruculuğu məqsədi ilə 102 gəncin xaricə oxumağa göndərilməsi və onların sonrakı taleləri inşalarda tədqiqat mövzusu olub. ADA tələbələri işləri ilə seçdikləri “cümhuriyyət tələbəsi”nin həyatına işıq salmış, Vətənlərinə hansı töhvələri verdiklərinini araşdırıblar. 

İnşa müsabiqəsinin nəticələrinə görə, Biznes İnstitutunun bakalavrı Könül Bədəlova həkim Mürsəl bəy Şahsuvarov, İctimai və Beynəlxalq Münasibətlər İnstitutunun bakalavrı Nərgiz Geybullayeva isə mühəndis Abbas bəy Atamalıbəyova həsr etdikləri inşalarına görə üçüncü yeri tutublar. Hər iki tələbə hədiyyə olaraq ADA Universitetinin yeni nəşri-  ABŞ-ın Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun təsisçisi, professor Frederik Starrın müəllifi olduğu  “Itirilmiş Maarif: Mərkəzi Asiyanın Qızıl Dövrü Ərəb İstilasından Teymurləngədək” kitabı təqdim edilib. İnşa müsabiqəsində ikinci yeri  İctimai və Beynəlxalq Münasibətlər İnstitutunun bakalavrı Roza Səfixanlı “cümhuriyyət tələbəsi” hüquqşunas Mustafa Ağa Vəkilov barədə  yazdığı inşaya görə tutub. Tələbəyə İpad hədiyyə edilib. Müsabiqənin qalibi isə İctimai və Beynəlxlaq Münasibətlər İnstitutunun bakalavrı Ceyhun Əliyev publisist Hilal Munşizadə barədə yazdığı inşaya görə seçilib. Qalib tələbə Azərbaycanın Avropa İttifaqı ölkələrinin birindəki diplomatik nümayəndəliyində bu yay təcrübə keçmək imkanı qazanıb.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!