USD - 1.7 EUR - 1.9314 RUB - 0.0256 TRY - 0.3176 DAHA ÇOX
SON DƏQİQƏ
"Formula 1" Azərbaycan Qran Prisi ən yaxşı yarışlardan biri seçilib Prezident İlham Əliyev Bəhreynin Kralını təbrik edib Azərbaycan Prezidenti İlham Əliyev müdafiə sənayesi işçilərini təltif edib Prezident İlham Əliyev qazaxıstanlı həmkarını təbrik edib UNESCO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası 2019-cu ildə Bakıda təşkil olunacaq
Paşinyanın işğal altındakı ərazilərə səfəri barədə məsələ ATƏT PA-da qaldırılacaq

"Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi hər zaman Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin gündəliyində duran birinci məsələ olub. Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf rayonlar Ermənistanın işğalı altındadır və bu işğala son qoyulmayana qədər biz Dağlıq Qarabağ məsələsini ATƏT PA-da qaldıracağıq".

ASAN Radionun məlumatına görə, bunu Ermənistan baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa qanunsuz səfəri, təmas xəttində baş verən təxribatlara münasibət bildirən ATƏT Parlament Assamblleyasının (ATƏT PA) vitse-prezidenti, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Azay Quliyev deyib. 

A. Quliyev bildirib ki, ATƏT hazırda münaqişənin həlli ilə məşğul olan və vasitəçilik missiyası həyata keçirən yeganə təşkilatdır: "Ancaq bunun heç bir nəticəsi yoxdur. Ona görə də ATƏT PA-da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni yenə qaldıracağıq. Nikol Paşinyanın addımları və Ermənistanda yaranmış mövcud duruma gəlincə, əlbəttə, biz bu gün onu hiss edirik ki, Paşinyan və komandası çox populist və pafoslu bəyanatla çıxış edir. Təbii ki, bu, inqilabın yaratdığı eyforiyadır. Heç şübhə etmirəm ki, qısa müddət ərzində bu eyforiya yatacaq və Ermənistan rəhbərliyi reallığın nədən ibarət olduğunu dərk edəcək, bu cür boş və mənasız bəyanatlardan çəkinəcək. Çünki bu boş bəyanatlar, ritorika heç bir halda sülhə xidmət etmir, problemin sülh yolu ilə həllinə yardım etmir. Ermənistan rəhbərliyi bunu anlamalıdır. Təəssüflər olsun ki, Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi, mətbuat konfransı keçirməsi və bir neçə gün öncə orada hərbi təlim keçirilməsi ATƏT-in Minsk qrupu tərəfindən pislənilmədi, ona reaksiya verilməsi. Bu, bizi qane etmir, bizi çox ciddi şəkildə narahat edir. Şübhəsiz ki, ATƏT PA-nın iyul ayının 7-11-də Berlində keçiriləcək sessiyasında biz bu məsələlərə toxunacağıq". 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio