USD - 1.7 EUR - 1.9288 RUB - 0.0264 TRY - 0.311 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycan və İran dövlət sərhədində Novruz belə qeyd edildi - FOTOLAR Sabah hava necə olacaq? Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti artırılıb Quba-Xınalıq yolu  bağlandı - qar uçqunlarına görə Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
Avropa Parlamenti Mark Sukerberqi dinləyib

“Facebook” şirkətinin yaradıcısı və rəhbəri Mark Sukerberq Avropa Parlamentində fraksiya rəhbərləri ilə görüşündə istifadəçilərin şəxsi məlumatlarının sızmasına dair qalmaqala görə üzr istəyib.

ASAN Radio xəbər verir ki, Mark Sukerberq sosial şəbəkələr üçün əlavələrin müəllifləri tərəfindən şəxsi məlumatlardan qanunsuz istifadə edilməsi təhlükəsini vaxtında görə bilmədiyini vurğulayıb. O deyib: “Bu, səhv idi və mən səhvə görə üzr istəyirəm”. Sukerberq ABŞ Konqresində olduğu kimi, burada da eynən üzrxahlıq edib.

“Facebook”un yaradıcısı Avropa sakinlərini “qlobal cəmiyyətin böyük və son dərəcə vacib hissəsi” adlandırıb. O qeyd edib ki, Avropada “Facebook”dan 18 milyon kiçik biznes şirkəti kommersiya məqsədləri üçün istifadə edir. Üstəlik şirkətlərin əksəriyyəti buna görə bir sent də ödəmir. Onların yarısı kooperasiya nəticəsində yeni əməkdaşların tapılmasına nail olublar.

Avropa Parlamenti fraksiyasının rəhbərləri Sukerberqə kəskin suallar veriblər. Almaniyanın “dpa” agentliyi qeyd edir ki, Sukerberq bu sualları qeyri-müəyyən cavablandırıb. Belə ki, o, “Facebook”un sosial şəbəkə bazarını monopoliya etməsini təsdiqləməyib. Sukerberq deyib: “Mənim fikrimcə bizim hər gün yeni rəqiblərimiz meydana çıxır”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio