23/09/2018 14:55

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 2.0024 0.0256 0.2727


Gündəm

S.Lavrov Ermənistanın yeni XİN başçısı ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib


23.05.2018   15:37


Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın yeni xarici işlər naziri Zöhrab Mnatsakanyanla Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri telefon danışığı zamanı müzakirə edib.

ASAN Radio TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb. 

Bildirilib ki, mayın 23-də Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında telefon danışığı baş tutub: "Aktual məsələlər müzakirə edilib".

Nazirliyin məlumatında qeyd olunub ki, nazirlər ikitərəfli tədbirlər planını, eləcə də ATƏT-in Minsk qrupu həmsədrlərinin xətti ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə nəzərdə tutulan məsələləri müzakirə ediblər.




Xəbər lenti

22 Sentyabr
21 Sentyabr











ASAN Radio telefonunuzda
Facebook