USD - 1.7 EUR - 1.9314 RUB - 0.0256 TRY - 0.3176 DAHA ÇOX
SON DƏQİQƏ
"Formula 1" Azərbaycan Qran Prisi ən yaxşı yarışlardan biri seçilib Prezident İlham Əliyev Bəhreynin Kralını təbrik edib Azərbaycan Prezidenti İlham Əliyev müdafiə sənayesi işçilərini təltif edib Prezident İlham Əliyev qazaxıstanlı həmkarını təbrik edib UNESCO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası 2019-cu ildə Bakıda təşkil olunacaq
ATU rektoru doktorant və dissertantlarla görüşdü

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli doktorant və dissertantlarla görüşüb.

Universitetin mətbuat xidmətindən ASAN Radioya verilən məlumata görə, elmin böyük əhəmiyyəti barədə danışan rektor qeyd edib ki, bu, çox çətin, eyni zamanda, da böyük məsuliyyət tələb edən bir işdir: “Elm sahəsinə hər il yeni tələblər qoyulur. Məsələn, bu ilin fevralında keçirilən Səhiyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və ATU-nun birgə elmi konfransında bir çox elmi və təşkilati işlər müzakirə olunub, tibb elminin qarşısında dayanan vəzifə və tələblərdən danışılıb. Əvvəlki illərlə müqayisədə indi elm adamından daha çox əmək tələb olunur. Məsələn, xarici dili yüksək səviyyədə bilmək, xarici ədəbiyyatdan, müasir üsullardan istifadə qaydaları, etik normalar kimi tələblər 5 il bundan əvvəl yox idi. İndi istənilən tədqiqat işi mütləq etik komitənin təsdiqi ilə aparılmalıdır. Kliniki tədqiqatlarda buna çox diqqət yetirilməlidir. Biz çalışacağıq ki, tibbi sahədə elmi adı olanın yüksək intellektual səviyyəsi, geniş dünyagörüşü və profesionallığı olsun.

Rektorun dediyinə görə, hər bir doktorant və dissertant universitetdə yeni yaradılan problem komissiyası qarşısında hesabat verməlidir. O, gənc alimləri hər il ATU-da keçirilən konfranslarda iştirak etməyə dəvət edib.

ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərov çıxış edərək tədbir iştirakçılarının qarşısında duran vəzifələr haqqında geniş məlumat verib.

Yeri gəlmişkən xatırladaq ki, bu il ATU-ya 26 doktorant və 24 dissertant qəbul olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio