USD - 1.7 EUR - 1.9335 RUB - 0.0255 TRY - 0.3185 DAHA ÇOX
SON DƏQİQƏ
Xarici valyutaların manata qarşı məzənnələri Ermənistandakı seçkilərin ilkin nəticələri Elektron ticarətə həsr olunmuş tədbir keçirilib Elxan Məmmədov: Futbol üzrə aşağı yaş qrupları üzrə milli komandaların baş məşqçiləri də istefaya göndərilib Bazar günü Bakıya yağış, bəzi rayonlara isə qar yağacaq
M.Qurbanlı: "Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi İlahiyyat İnstitutuna birləşdiriləcək"

"Bu yaxınlarda İlahiyyat İnstitutuna rektor təyin olunacaq".

ASAN Radio xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, artıq instituta bina da ayrılıb: "Bina Bakı metropoliteninin "20 Yanvar" stansiyası ətrafında yerləşir. Bundan başqa, institutun Nizamnaməsi təsdiq üçün hökumətə təqdim edilib. Bütün işlər görülüb".

Dövlət Komitəsinin sədri bildirib ki, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi İlahiyyat İnstitutuna birləşdiriləcək: "Orada çalışan müəllimlər də İlahiyyat İnstitutunda fəaliyyət göstərəcəklər. Gələcəkdə institut üçün şəhərdən kənarda kampusun inşası nəzərə tutulur".

M.Qurbanlı vurğulayıb ki, İlahiyyat İnstitutunu bitirən məzunlar Azərbaycanın məscidlərinə təyinat alacaqlar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio