21/08/2018 12:32

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9423 0.0253 0.2835


ASAN xəbər

Kəndli və fermerlərə kreditlərin verilməsi ilə bağlı yeni girov mexanizmləri hazırlanacaq


24.05.2018   11:47


"Cari ilin sonuna qədər ilkin mərhələdə kənd təsərrüfatı sahəsinə 10 milyon manat kreditin ayrılması haqqında qərar qəbul etdik".

ASAN Radio xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib.

M.Əliyevin sözlərinə görə, kəndli və fermerlər bu kreditlərdən yararlana bilərlər.

"Minimum kredit məbləği 1000, maksimum kredit məbləği isə 200 min manatdır. Faiz həddi maksimum 7% müəyyən olunub. Girov məsələsində müvəkkil kredit təşkilatlarını hazırkı bankları seçmişik. Hazırda bir neçə dövlət qurumları ilə birgə yeni girov mexanizmlərinin hazırlanması, yəni daşınar əmlakın girov kimi götürülməsi və s. mexanizmlər üzərində çalışırıq",- deyə xidmət rəisi bildirib.




Xəbər lenti

21 Avqust
20 Avqust













ASAN Radio telefonunuzda
Facebook