USD - 1.7 EUR - 1.8952 RUB - 0.0264 TRY - 0.2775 DAHA ÇOX
SON DƏQİQƏ
BMTİP-in Rezident Nümayəndəsi Xarici İşlər Nazirinə etimadnaməsini təqdim edib "Çelsi" və "Arsenal" klublarına ayrılan biletlərdən satılmayanları Bakıya göndərilib İtaliya Prezidenti İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib Əcnəbi tələbələrin III forumu keçirilib Ülvi Mehdiyev Hindistan səfirilə görüşüb
“Sevdiyim” layihəsi bu dəfə Qubada!

24 may 2018-ci il tarixində Quba ASAN Həyat kompleksində "Sevdiyim" layihəsi çərçivəsində konsert proqramı təşkil olunacaq.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və digər qonaqlar iştirak edəcəklər.

“ASAN xidmət”, “ASAN Könülüləri” Təşkilatı və ASAN Radionun birgə təşkilatçılığı ilə ərsəyə gələn “Sevdiyim” layihəsi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileylərinə həsr olunub.

Layihə tarixi ənənələrin qorunması və təbliği, milli-mənəvi dəyərlərə sadiqlik, azərbaycançılıq, dövlətçilik məfkurəsinin genişləndirilməsi məqsədi ilə həyata keçirilir.

Xatırladaq ki, 11 may 2018-ci il tarixində görkəmli dramaturq Cəfər Cabbarlının üçrəngli Azərbaycan bayrağına həsr olunan “Sevdiyim” şeiri əsasında yüzillik tariximizin əks olunduğu klipin təqdimatı keçirilib.  Musiqi əsərinin bəstəkarı və ifaçısı Əməkdar Artist Tünzalə Ağayeva, klipin rejissoru Ülviyyə Könüldür.

Bu günə kimi layihə çərçivəsində Masallı və Mingəçevir ASAN həyat kompleklərində konsert proqramları keçirilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio