19/10/2018 23:44

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9479 0.0259 0.3020


ASAN xəbər

"Sevdiyim" layihəsi Qubada təqdim olunub


24.05.2018   21:05


24 may 2018-ci il tarixində Quba ASAN Həyat kompleksində "Sevdiyim" layihəsi çərçivəsində konsert proqramı təşkil olunub.

ASAN Radionun direktoru Emin Musavi bildirib ki, layihə tarixi ənənələrin qorunması və təbliği, milli-mənəvi dəyərlərə sadiqlik, azərbaycançılıq, dövlətçilik məfkurəsinin genişləndirilməsi məqsədi ilə həyata keçirilir.

Daha sonra tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxış ediblər.

“ASAN xidmət”, “ASAN Könülüləri” Təşkilatı və ASAN Radionun birgə təşkilatçılığı ilə ərsəyə gələn “Sevdiyim” layihəsi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileylərinə həsr olunub.

“Sevdiyim” şeiri əsasında yüzillik tariximizin əks olunduğu klip təqdim edilib. Ardınca Tünzalə Ağayeva sevilən mahnılarını ifa edib.

Xatırladaq ki, 11 may 2018-ci il tarixində görkəmli dramaturq Cəfər Cabbarlının üçrəngli Azərbaycan bayrağına həsr olunan “Sevdiyim” şeiri əsasında yüzillik tariximizin əks olunduğu klipin təqdimatı keçirilib.  Musiqi əsərinin bəstəkarı və ifaçısı Əməkdar Artist Tünzalə Ağayeva, klipin rejissoru Ülviyyə Könüldür.

Bu günə kimi layihə çərçivəsində Masallı və Mingəçevir ASAN həyat kompleklərində konsert proqramları keçirilib.




Xəbər lenti

19 Oktyabr











ASAN Radio telefonunuzda
Facebook