USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
ASAN Radio müğənni Səbinə Babayeva ilə yeni layihə təqdim edir - Audio-Video

ASAN Radio müğənni Səbinə Babayeva ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş yeni layihəni təqdim edir. Layihənin məqsədi dövlətçilik ənənə və dəyərlərinin, atributlarının təbliğidir.

Sözləri Əhməd Cavada, musiqisi Üzeyir Hacıbəyliyə məxsus Azərbaycan Respublikasının Dövlət Himnini müğənni Səbinə Babayeva orijinala yaxın, klassik formada yenidən ifa edib. Aranjeman Samir Şirinova məxsusdur. ASAN Radio Azərbaycan Dövlət Himnini müğənni Səbinə Babayevanın ifasında dinləyicilərin ixtiyarına verir.  

Müğənni ifası ilə bağlı bunları deyib: “Mən həmişə Himnimizi oxumaq istəmişəm. Birincisi ona görə ki, hər birimiz üçün Himn əziz və müqəddəsdir. İkincisi, əmin  idim ki, Himni yüksək səviyyədə ifa edə bilərəm. Dövlət Himnimizin həm musiqisi, həm də sözləri mükəmməldir. Dahi Üzeyir Hacıbəylinin bəstələdiyi əsərin ab-havası möhtəşəmdir, çox güclüdür. Himni oxuyanda bunu çox yaxşı hiss etdim. Ümid edirəm ki, layihəmiz dinləyicilər tərəfindən qiymətləndiriləcək və seviləcək.”

Qeyd edək ki, Azərbaycanda ilk dəfə keçirilən “Avroviziya 2012” mahnı müsabiqəsində ölkəmizi təmsil edən Səbinə Babayeva  2015-ci il Avropa Oyunlarının rəsmi bağlanış mərasimində Azərbaycan Respublikasının Dövlət Himnini ifa edib. Həmin vaxt Səbinə Babayevanın Fərid Məmmədovla birgə səsləndirdiyi  himn Almaniya Filarmoniyasında hazırlanmışdı. 

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə töhfə olaraq, ASAN Radio Səbinə Babayevanın ifasında Dövlət Himnini təqdim edir və informasiya dəstəyi verir.

https://www.youtube.com/watch?v=oqloQsMmWiM&feature=youtu.be

Himni buradan dinləyə bilərsiniz:

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!