Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatının rəsmi mahnısı ictimaiyyətə təqdim olunub.
ASAN Radio xəbər verir ki, “Live It Up” adlanan mahnını tanınmış aktyor amerikalı Uill Smit, həmyerlisi Niki Cem və albaniyalı müğənni Era İstrefi ifa ediblər. Mahnının klipi artıq “YouTube” sosial şəbəkəsində yayımlanıb. Bu mahnı futbol üzrə XXI dünya çempionatının iyunun 15-də Moskvada “Lujniki” stadionunda keçiriləcək açılış mərasimində ifa olunacaq.
Dünya çempionatı oyunları iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!