USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Son iclas” bədii-sənədli filmi Bakı Media Mərkəzinin AXC-nin 100 illiyinə töhfəsidir

“Son iclas” bədii-sənədli filminin məqsədi 23 aylıq şərəfli yol keçmiş Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salmaq və hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini diqqətə çatdırmaqdır.

ASAN Radio xəbər verir ki, bu sözləri Bakı Media Mərkəzinin baş icraçı direktoru Orman Əliyev filmlə bağlı mayın 25-də Heydər Əliyev Mərkəzində keçirilmiş mətbuat konfransında söyləyib. O deyib ki, filmin çəkilişləri paytaxtla yanaşı, bölgələrdə, tarixi hadisələrin yaşandığı ərazilərdə lentə alınıb. Filmin texniki, eləcə də yaradıcı heyəti yerli mütəxəssislər və peşəkar aktyorlardır.

“Bu il Azərbaycan kinosunun 120-ci ili tamam olur. Bakı Media Mərkəzi beş ildir ki, fəaliyyət göstərir. Bu günədək beş ekran əsəri bizim mərkəz tərəfindən hazırlanıb. Ekran əsərinin ssenarisi bu günədək araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb. Ümumilikdə, bu film layihəsi üzərində altı aya yaxın iş aparılıb, çəkiliş günləri isə 32 gün davam edib və 25 məkanda çəkilişlər olub. Filmin çəkiliş qrupu 100 nəfərə yaxın heyətdən ibarətdir. Ekran əsərində 50-dən çox peşəkar aktyor iştirak edib. Kütləvi səhnələrdə isə 500-dək insan iştirak edib. Ümumilikdə, film layihəsi üzərində 700 nəfərlik heyət çalışıb. Bakı Media Mərkəzi olaraq Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsini təsvir edən ekran işi ərsəyə gətirdiyimiz üçün qürur duyuruq”, - deyə O.Əliyev vurğulayıb.

Mətbuat konfransında çıxış edən BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, cəmi 23 ay yaşayan bir respublikanı Şərqin ilk və ən demokratik respublikasına çevirmiş Cümhuriyyət Azərbaycan xalqının qürur yeridir. “Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi BP şirkəti ölkənin zəngin mədəni irsini və milli dəyərlərini təbliğ edən təşəbbüsləri və fəaliyyətləri həmişə dəstəkləyir. Azərbaycanın ilk demokratik respublikası əsl mili dəyərdir və BP şirkəti olaraq biz Cümhuriyyətin 100 iliyinə həsr edilmiş belə bir sənədli filmin sponsoru olmaqdan və xalqın qürur hissini paylaşmaqdan şərəf duyuruq”, - deyə o bildirib.

Ekran əsərinin ssenari müəllifi Müsəllim Həsənov filmin ssenarisinin yazılma prosesi, tədqiqat aparılan arxivlər haqqında məlumat verib. Onun sözlərinə görə, ssenari yazılanda Azərbaycanla yanaşı, bir sıra ölkələrin arxivindən də istifadə edilib.

Filmin quruluşçu rejissoru Fuad Əlişov, quruluşçu operatoru Rəşad Nuriyev, quruluşçu rəssamı isə Şahin Həsənlidir. Bakı Media Mərkəzi mayın 26-dan etibarən ekran əsərini "CinemaPlus" kinoteatrlar şəbəkəsində üç gün ödənişsiz nümayiş etdirəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!