USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Şərqdə parlayan MAY” adlı tədbir keçirilib

Sumqayıt “ASAN xidmət” mərkəzinin könüllüləri 28 may Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi və Respublika Günü münasibəti ilə “Şərqdə parlayan MAY” adlı tədbir keçirib. 

Tədbirdə 30-a yaxın cari və məzun könüllü iştirak edib. 

İstedadlı könüllülərin ifasında mahnılar eləcə də, səhnəcik nümayiş etdirilib. Hazırlanan səhnəcik və musiqi nümunələri tamaşaçılar tərəfindən coşqu ilə qarşılanıb. Tədbirin sonunda könüllülər “Heydər Marşı”nı ifa ediblər. 

Tədbirin ssenari müəllifi, “ASAN xidmət” mərkəzinin əməkdaşı Aysel Abbaslı çıxış edərək bütün qonaqları bu möhtəşəm bayram münasibəti ilə təbrik edib və konsertin ərsəyə gəlməsində əməyi keçən hər kəsə, o cümlədən Sumqayıt “ASAN xidmət” mərkəzinin rəhbərliyinə, Dövlət Agentliyinin İnsan Resursları və Təlim şöbəsinə, Sumqayıt Dövlət Dram Teatrının və Sumqayıt şəhər Nəriman Nərimanov adına Mədəniyyət evinin rəhbərliyinə dərin təşəkkürünü bildirib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!