USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycanda şimşək çaxması halları 10 dəfəyədək artıb

Azərbaycanda ildırım çaxması halları 10 dəfəyədək artıb. Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.

Onun sözlərinə görə, 2000-ci ildən sonra bu artımlar daha intensiv şəkildə müşahidə olunmağa başlayıb. İldırım çaxması hallarının çoxalması Böyük Qafqazın cənub yamacında - Şəki-Zaqatala zonasında, Qazax-Ağstafa zonasında, xüsusilə də Zəngəzur dağlarının yamaclarında - Naxçıvan Muxtar Respublikasında müşahidə edilir.

M.Həsənov qeyd edib ki, ötən müddətdə Bakıda da ildırım çaxması halları 10 dəfəyədək artıb. Paytaxtda, eyni zamanda ildırımın çaxması intensivliyi artıb.

Alimin sözlərinə görə, 1960-1965-ci illərə qədər Bakıda ildırım 1-2 dəfə çaxırdısa, indi ildırım 4-6 dəfə çaxır. Ancaq ümumilikdə Abşeron yarımadasında il ərzində ildırımlı günlərin sayı 1 gün və daha azdır.

M.Həsənov əlavə edib ki, ildırım çaxmasının intensivliyi, əsasən, yazdan yaya keçən dövrdə - may-iyun aylarında və yaydan payıza keçən dövrdə - sentyabr-oktyabr aylarında müşahidə edilir.

Baş elmi işçi deyib ki, artımların səbəbini müəyyənləşdirmək üçün konkret elmi tədqiqat işi aparılmadığından bu təbiət hadisəsinin artma səbəblərini izah etmək mümkün deyil.

 

 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!