USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycanda ilk dəfə Eko-Memarlıq layihəsi!

Son illərin tendensiyası olan ekoloji memarlığın əsas hədəfi bərpaedilən enerji qaynaqlarından istifadə edərək ətraf mühitə ən az zərər verəcək şəkildə binaların inşa edilməsidir. Bu istiqamətə tövhə vermək məqsədi ilə ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN” təşəbbüsü tərəfindən “Eko Memarlıq” müsabiqəsi irəli sürülüb.

Layihənin məqsədi memarlıq nümunələrinin layihələndirilməsi zamanı ekoloji amillərin nəzərə alınması, eko-memarlıq istiqamətinin respublikamızda inkişafı, gənc memarların innovativ ideya və bacarıqlarının aşkarlanmasıdır. Müsabiqədə 18-35 yaş arasında olan gənc memarların iştirak etməsi nəzərdə tutulur.

4 may 2018 –ci il tarixindən son müraciət 30 avqust tarixinədək Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Memarlar İttifaqı, ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN” təşəbbüsü, Gənc Memarlar və Tələbələr klubu və Bakı Ağ Şəhər layihəsi ilə birgə tərəfdaşlığı nəticəsində “Eko memarlıq” layihəsinə start verilir.

Şərtlər:

1. Müsabiqə 18-35 yaşında Gənc memarlar və tikinti şirkətlərinin memarları arasında keçirilir. Müsabiqəyə komanda şəklində qoşulmaq mümkündür.

2. Tikinti planları ekoloji mühitə, ətraf mühitə ziyan vermədən, tam dəstəkləyən və innovativ olmalıdır.

3. Fərdi evlər, mənzillər və landşaft memar-tikinti layihələrin təqdim olunmalıdır

4. Müsabiqəyə memar mühəndisləri fərdi və ya şirkət adından qatıla bilər

5. Müsabiqə iki hissədən ibarətdir

6. Birinci mərhələdə işlər (3) şərtlərə uyğun olaraq təqdim olunmalıdır.

7. İkinci və final mərhələdə iştirakçılar yeni “ASAN xidmət” mərkəzlərin tikinti planının təkliflərini hazırlanıb, sərgidə təqdim olunacaqdır.

8. Müsabiqəyə işləri elektron versiyada (PDF formatinda) [email protected] elektron poçt ünvanına göndərilməlidir.

9. Tədim olunan materiallar 80x100 sm (vertikal yerləşmədə) tərtib olunmuş şəkildə göndərilməlidir.

10. Müsabiqənin iş dili azərbaycan dilidir.

11. Münsiflər heyəti 1-ci, 2-ci və 3-cü yerlərin qalibləri təyin edəcəkdir, qaliblər Fəxi diplom və xüsüsi hədiyyələr ilə mükafatıandırılacaqdır.

• Sərgi ekoloji memarlıq istiqamətində açıq şəkildə keçiriləcəkdir

• Müsabiqəyə iştirak üçün dəvət olunurlar: professional: memarlar, memar -mühəndislər dizaynerlər həmçinin profil ixtisaslar üzrə Universitet tələbələri. Əlavə olaraq tikinti şirkətləri ,özəl qurumlar, qrupplar və emalatxanalar iştirak edə bilər.

• Yaş məhdudiyyəti – 18- 35 yaşa qədər

• Tarixlər: 

Qeydiyyat: 2018-ci ilin 4 may- 20 avqust tarixinədək https://goo.gl/Y4wW5e  link üzrə aparılacaqdır.

Layihələri təqdim etmə tarixləri: 30 avqust – 1 sentyabr 2018-ci il tarixinədək.

Müsabiqənin nəticələri 2018-ci il sentyabr ayında açıqlanacaqdır

Ümumi məlumat üçün: (012) 444 74 44, (+994) 70 408 0 108

Layihədə tərəfdaş qismində qoşulmaq üçün : (+994) 70 408 00 09

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!