USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Vüsal Hüseynov DMX üçün əsas prioritetləri açıqladı

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Cənub-Şərqi Avropa, Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Argentina Sabadoş ilə görüşüb. BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak da görüşdə iştirak edib.

DMX-nin mətbuat xidmətindən ASAN Radioya bildiriblər ki, qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilən görüşün məqsədi DMX-nin əsas beynəlxalq tərəfdaşlarından olan və 2016-cı ildə BMT ailəsinə rəsmən qoşulan BMqT ilə əməkdaşlığın perspektivlərinə dair müzakirələrin aparılması olub.

Xidmət rəisi miqrasiyanın idarəedilməsi sahəsində DMX-nin əsas tərəfdaşlarından birinin BMqT olduğunu və təşkilatın ölkədəki fəaliyyəti çərçivəsində bir çox layihələrin həyata keçirildiyini bildirib. V.Hüseynov DMX üçün əsas prioritetin mövcud beynəlxalq əməkdaşlığın daha da dərinləşdirilməsindən, miqrasiya sahəsində Azərbaycanın qlobal səviyyədə mövqeyinin möhkəmləndirilməsindən ibarət olduğunu vurğulayıb.

İcra olunan layihələrin əhəmiyyətinə toxunan Xidmət rəisi Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihə çərçivəsində DMX tərəfindən Beynəlxalq Miqrasiya Təşkilatına 16 nəfərlə bağlı ümumilikdə 12 sorğu göndərildiyini və həmin şəxslərdən 12-nin öz mənşə ölkəsinə könüllü qayıdışının artıq həyata keçirildiyini deyib.

Səmimi görüşə görə təşəkkürünü bildirən Argentina Sabadoş təmsil etdiyi təşkilatın 22 ildir Azərbaycanda fəaliyyət göstərdiyinə və 2001-ci ildən Azərbaycanın üzvü olduğu BMqT ilə birgə reallaşdırılan layihələr və onların əhəmiyyətinə diqqət çəkib. 2016-cı ildə ölkəmizə səfərini xatırladan A.Sabadoş Azərbaycanda mövcud miqrasiya idarəçiliyi modelinin digər ölkələr üçün nümunə ola biləcəyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!