USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Nazir: “Geosiyasi tendensiyalar neftin 80 dollaradək bahalaşmasına rəvac verib"

“Cari neft qiymətlərindəki dəyişiklik oxşar tarixi analogiyalarla üst-üstə düşür”.

ASAN Radionun məlumatına görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bu gün Bakıda keçirilən  “Xəzər Neft və Qaz-2018” 25-ci Yubiley Beynəlxalq konfransında çıxışı zamanı bildirib.

“Bildiyiniz kimi neft qiyməti müxtəlif geosiyasi reallıqlara və çevrəyə müəyyən təsir effekti törədir. Cari geosiyasi tendensiyalar və verilən müəyyən siyasi qərarlar, eləcə də dünyanın məhz neft sənayesinin mühüm çəkisi olan ölkələrində müxtəlif münaqişə və rəqabət də neftin qiymətinin 80 dollaradək artmasına rəvac verib. Buna baxmayaraq vəziyyət tam dayanıqlı deyil. Neft hasil edən ölkə ixracatçılara kifayət qədər cəlbedici olsa da, məhz bu, qlobal iqtisadi indikatorlarla müəyyənləşir. Artıq ABŞ-ın, Avropanın artan, Çinin böyüyən iqtisadiyyatı, təbii ki, artan səviyyədə neft istehlakçıları tələbatlarını artırmaqdadır. Bununla belə neft qiymətlərinə təsir edən bu göstəricilər tədricən baş verməkdədir”, - deyə P. Şahbazov vurğulayıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!