USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Məhəmməd Barkindo: Cənub Qaz Dəhlizi fundamental sürətdə enerji landşaftını dəyişəcək

Cənub Qaz Dəhlizi fundamental sürətdə enerji landşaftını dəyişəcək.

ASAN Radio xəbər verir ki, bu sözləri mayın 30-da Bakıda keçirilən XXV yubiley Beynəlxalq “Caspian Oil and Gas” konfransının “Dayanıqlı gələcəyin inkişafı üçün əsas faktorlar: konsepsiya və innovativlik” adlı plenar sessiyasındakı çıxışında Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindo deyib.

"İki ay ərzində artıq ikinci dəfədir ki, Azərbaycana səfər edirəm. Bakı neft sənayesinin beşiyi, sivilizasiyanın inkişafına təkan verən və öz inkişafı ilə seçilən bir şəhərdir. Azərbaycan neft və qaz sənayesinin sürətlə inkişaf etdiyi bir ölkədir. Bu ölkə 1994-cü ildə çox sərfəli neft müqaviləsi olan "Əsrin müqaviləsi"nin imzalanması ilə nüfuzlu beynəlxalq şirkətlərlə əməkdaşlığa başlayıb. Həmin vaxtdan indiyədək neft sənayesində kifayət qədər nəzərə çarpan artım müşahidə edilib. Hazırda investorlar da Azərbaycanın neft və qaz sektoruna mühüm töhfə verə biləcəyini dilə gətirir, ölkənin bu istiqamətdəki potensialını vurğulayır", - deyə OPEC-in baş katibi bildirib.

M.Barkindo qeyd edib: "Bu nailiyyətlər "Şahdəniz" yatağının fonunda əyanilik qazanır. Layihənin ikinci fazası - dünən rəsmi açılışı olan Cənub Qaz Dəhlizi ən iri enerji layihələrindən biridir. Bu layihə ölkə iqtisadiyyatının inkişafına, regiona və dünyaya müsbət töhfəsini verəcək. Cənub Qaz Dəhlizi fundamental sürətdə bizim enerji landşaftımızı dəyişəcək".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!