USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Ə.Əhmədov: "Qadınlarla kişilərin əməkhaqları arasındakı fərqlə bağlı düşünməliyik"

“Azərbaycan Xalq Cümhuriyyəti bir sıra ənənələrin əsasını qoyub. Bunlardan biri qadınlara seçib-seçilmək hüququnun verilməsidir. Özünü demokratiyanın beşiyi elan edən cəmiyyətlər belə, qadınlara bu hüququ tanımamışdılar”.

ASAN Radio xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov Bakıda keçirilən Azərbaycan Qadınına Seçki Hüququnun verilməsinin 100 illiyinə həsr edilən Qadınların V Forumunda çıxışı zamanı deyib.

Ə.Əhmədov qeyd edib ki, Azərbaycanda qadınlar ictimai-siyasi sferada aktivlik nümayiş etdirirlər. 

Onun sözlərinə görə, cəmiyyətin inkişaf etdirilməsinə qadınlar töhvələrini verirlər: “Onlar, hətta bəzi hallarda kişilərdən də irəlidə gedirlər. Ali məktəblərdə oxuyan qızların sayı oğlanlardan çoxdur. Biz bunlarla qürur duyuruq. Biz irəliyə, gələcəyə baxırıq, qadın hüquqlarının daha geniş miqyasda həyata keçirilməsi qarşımızda duran əsas istiqamətlərdəndir. Qadınların sahibkarlıq sahəsində fəaliyyətinin genişləndiyini müşahidə edirik. Azərbaycan parlamentində qadınların iştirakının 20 faizdən az olması bizi düşünməyə vadar edir. Qadınlarla kişilərin əməkhaqları arasındakı fərqlə bağlı da düşünməliyik. Biz qadın əməyindən daha səmərəli istifadə etməliyik. Bununla Azərbaycan cəmiyyəti daha da inkişaf edər”.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!