USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan kubokunun qalibi avrokuboklara II mərhələdən başlayacaq

2017/18 mövsümünün başa çatması 2019-cu ildə Çempionlar Liqası və Avropa Liqasının start xəttinə çıxacaq komandaların ölkələr üzrə bölgüsünə aydınlıq gətirib. ASAN Radionun məlumatına görə, 2013/14-2017/18 mövsümlərini əhatə edən UEFA reytinqinin yekun sıralaması gələn il start götürəcək qitə miqyaslı turnirlər üçün əhəmiyyət kəsb edir.

Azərbaycan mövsümü 23-cü pillədə başa vurub ki, bu da ölkəmizə güzəşt qazandırıb. Belə ki, Avropa Liqasındakı bir komandamız I təsnifat mərhələsindən azad olacaq.

Hazırda mövcud olan qaydalara əsasən, reytinqdə 18-24-cü yerləri tutan ölkələrin 1 komandası yarışa II təsnifat mərhələsindən başlayır. 23-cü olan Azərbaycan da bu siyahıdadı. Əgər UEFA hər hansı yenilik etməsə, bu ölkələrdə kubokun qalibləri Avropa Liqasında bir mərhələ gec başlayacaq. Həmin ölkələrdə çempionatı 2-3-cü yerlərdə başa vuranlar isə I təsnifatda oynayacaq.

Bu, Azərbaycan kubokunun qalibi üçün yenilik deyil. Yarışın qalibinin əvvəllər də ilk raunddan azad olmasına şahidlik etmişik. Başa çatan 2017/18 mövsümündə də “Qəbələ” ilk raunddan azad idi. Lakin qarşıdakı 2018/19 mövsümündə hər üç komandamız – kubokun qalibi “Keşlə” və çempionatın mükafatçıları “Qəbələ”ylə “Neftçi” I təsnifat mərhələsində oynayacaq. Qarşıdakı 2018/19 mövsümündə Azərbaycan kubokunu qazanacaq komanda isə UEFA reytinqinin gətirdiyi üstünlükdən Avropa Liqasının 2019/20 mövsümündə yararlanacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!