Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində yeni təyinat olub.
Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən ASAN Radioya bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin müvafiq əmri ilə Qalib Hümmət oğlu Əbdüləliyev Agentliyin Baytarlıq nəzarəti şöbəsinin müdiri – Azərbaycan Respublikasının baş dövlət baytarlıq müfəttişi təyin edilib.
Q. Əbdüləliyev bundan əvvəl Dünya Bankının dəstəyi ilə Kənd Təsərrüfatı Nazirliyində həyata keçirilən müxtəlif layihələrdə baytarlıq mütəxəssisi və koordinatoru, Azərbaycan Dövlət Baytarlıq Preparatlarına elmi Nəzarət İnstitutunun direktoru, son olaraq isə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri vəzifələrində çalışıb.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!