21/08/2018 15:33

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9423 0.0253 0.2835


Havadasan

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu


01.06.2018   17:27


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ASAN Radioya verilən məlumatına görə:

Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırıq ki, iki gün ərzində həmin bölgədə əlverişsiz hava şəraiti müşahidə olunacaq, fasilələrlə leysan xarakterli yağış yağacaq. Havanın temperaturu dağətəyi rayonlarda 18-23, dağlıq rayonlarda isə 11-16 dərəcə isti təşkil edəcək. 

Lənkəran-Astara bölgəsində  iyunun 2-də arabir yağış yağacaq, iyunun 3-də isə yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu iyunun 2-də 17-22, iyunun 3-də 20-25 dərəcə isti təşkil edəcək. 

Aran rayonlarında da iyunun 2-də əlverişsiz hava şəraiti müşahidə olunacaq, arabir leysan xarakterli yağış yağacaq, iyunun 3-də isə havanın yağmursuz keçəcəyi gözlənilir.  

Havanın maksimal temperaturu iyunun 2-də 18-23, iyunun 3-də 25-30 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da da arabir yağış yağacağı gözlənilir. Havanın maksimal temperaturu 21-26 dərəcə  isti təşkil edəcək. 

Paytaxt qonaqlarının isə nəzərinə çatdırırıq ki, iyunun 2-də hava şəraitinin qeyri-sabit, küləkli olacağı, arabir yağış yağacağı gözlənilir. İyunun 3-ü isə yağmursuz hava şəraiti müşahidə olunacaq, zəif cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu iyunun 2-də 17-20, iyunun 3-də 21-23 dərəcə isti təşkil edəcək.

 




Xəbər lenti

21 Avqust













ASAN Radio telefonunuzda
Facebook