“Mən Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan xalqı üçün nə dərəcədə ağrılı və həssas olduğunu anlayıram”.
ASAN Radionun məlumatına görə, bu sözləri Avropa İttifaqının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger ADA Universitetində tələbələrin suallarını cavablandırarkən deyib.
Komissar bildirib ki, bu münaqişə on illərdir davam edir: "Avropa Komissiyası münaqişənin həllinə birbaşa cəlb olunmayıb, lakin prosesləri analiz edir. Mən xanım Mogerini və Fransa tərəfi ilə mütəmadi təmasdayam. Lakin Rusiyasız münaqişənin həlli mümkün deyil. Rusiya ilə bizim münasibətlərimizin çox yaxşı olduğunu deyə bilmərəm. Ortada Krım, sanksiyalar kimi məsələlər var. Hesab edirəm ki, Rusiya konstruktiv məcraya qayıtmalıdır. Bu, bütün proseslərin həllində vacib rol oynaya bilər".
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!