Müdafiə nazinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına əsasən Kimya Qoşunlarında “Kütləvi qırğın silahlarından ən yaxşı mühafizə taqımı” adı uğrunda yarış keçirilir.
ASAN Radio MN-ə istinadla xəbər verir ki, yarışda taqımların şəxsi heyətinin kütləvi qırğın silahlarından mühafizə texnikası, ştat cihaz, xüsusi texniki vasitə və qurğuları işə hazırlaması, eləcə də hərbi kimyaçıların müəyyən edilmiş normativlərin yerinə yetirilməsi bacarıqları yoxlanılır.
Nəticələrə əsasən heyətlərin kütləvi qırğın silahlarından mühafizə, xüsusi və taktiki-xüsusi hazırlıqlarına uyğun olaraq ən yaxşı taqım müəyyən ediləcək.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!