USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bakının Baş Planın hazırlanması davam etdiriləcək

2011-2016-cı illər ərzində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə “Böyük Bakının Regional İnkişaf Planı” və onun əsasında “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı”nın layihəsi hazırlanmışdır. “Bakı şəhərinin Ərazidən İstifadə və Zonalaşdırma Planı” Bakının Baş Planı kimi təqdim edilsə də, onun aidiyyəti üzrə razılaşdırılması tamamlanmamış, sənəd Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilməmişdir.

Komitədən ASAN Radioya bildirilib ki, Baş Planın əsas şəhərsalma sənədi olduğunu və paytaxtın sistemli və davamlı inkişafı üçün strateji əhəmiyyət daşıdığını nəzərə alaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi başlanılmış işlərin sona çatdırılmasına xüsusi önəm verir.

Bakının Baş Planının hazırlanması istiqamətində bu günədək görülmüş işlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən dərindən araşdırılaraq, hərtərəfli qiymətləndiriləcək.

Bu qiymətləndirmə başa çatdıqdan sonra Bakı şəhərinin Baş planının hazırlanması işləri davam etdiriləcək, həmin sənədin Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin tələblərinə tam cavab verməsi və aparıcı dünya təcrübəsinə uyğunluğu təmin ediləcək. Bu prosesə yerli mütəxəssislərlə yanaşı nüfuzlu beynəlxalq ekspertlərin də cəlb olunması planlaşdırılır.

Bakı şəhərinin Baş Planının hazırlanması işi tam həcmdə yekunlaşdıqdan sonra, sənəd aidiyyəti təşkilatlarla razılaşdırılacaq və təsdiq olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!