21/08/2018 15:33

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9423 0.0253 0.2835


Havadasan

Sinoptiklərdən xəbərdarlıq: Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək


02.06.2018   14:37


Sinoptiklər ölkə ərazisində gözlənilən yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ASAN Radioya bildirilib ki, iyunun 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı  ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə  14-16° isti, gündüz  20-24° isti, Bakıda  gecə  14-16° isti, gündüz  21-23° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 766 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz 45-50 % olacaq. 

Abşeron çimərliklərində gözlənilən hava şəraiti:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) Şimal-şərq  istiqamətli külək əsəcək.  Dəniz suyunun temperaturu 16-17° isti təşkil edəcək. 

Cənub çimərliklərində: (Türkan,  Hövsan, Sahil, Şıx) Şimal-şərq  istiqamətli külək əsəcək.  Dəniz suyunun temperaturu  18-19° isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz  23-28°   isti, dağlarda gecə 5-10° isti,  gündüz  13-17° isti təşkil edəcək. 

Xəbərdarlıq 

İyunun 4-5-də bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.




Xəbər lenti

21 Avqust













ASAN Radio telefonunuzda
Facebook