21/08/2018 15:34

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9423 0.0253 0.2835


Dövlət xidmətləri

Səyyar ASAN xidmət davam edir


04.06.2018   10:54


Səyyar ASAN xidmət 8 may – 6 iyun Xırdalan şəhərində, 10 may – 9 iyun İmişli rayonunda, 18 may – 14 iyun Ağcabədi şəhərində, 24 may – 22 iyun Salyan şəhərində, 29 may - 27 iyun Xudat şəhərində, 30 may -28 iyun Qazax şəhərində, 30 may –13 iyun Mərdəkan qəsəbəsində, 4 - 13 iyun Göytəpə şəhərində, 4- 14 iyun Aşağı Ağcakənd qəsəbəsində, 4 iyun -3 iyul Qax şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

Notariat fəaliyyəti;

Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

Əmək pensiyalarının təyin edilməsi;

Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.




Xəbər lenti

21 Avqust













ASAN Radio telefonunuzda
Facebook