USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Novruz Məmmədov İranın PA rəhbəri ilə görüşüb

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov iyunun 4-də İran İslam Respublikası Prezidenti Aparatının rəhbəri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

ASAN Radio xəbər verir ki, Baş nazir son zamanlar Azərbaycan ilə İran arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivləşdiyini söyləyib. Bunun ölkələrimizin əlaqələrinin yüksək səviyyədə olduğunu göstərdiyini vurğulayan Novruz Məmmədov qeyd edib ki, son zamanlar Azərbaycan ilə İran arasında mühüm iqtisadi layihələr icra olunur. Bütün dünyada qeyri-sabitliyin mövcud olduğu hazırkı dövrdə bu, təqdirəlayiqdir.

Baş nazir deyib ki, ölkələrimiz arasında tarixi əlaqələr var. Bizim adət-ənənələrimiz oxşardır. İran İslam Respublikası Prezidenti Aparatının rəhbərinin Azərbaycana səfərinin böyük əhəmiyyət daşıdığını bildirən Novruz Məmmədov qeyd edib ki, bu səfər ölkələrimiz arasında münasibətlərin inkişafına öz töhfəsini verəcək. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əhəmiyyətinə toxunan Novruz Məmmədov bu ilin martında Neftçala Sənaye Məhəlləsində fəaliyyətə başlayan “Xəzər” avtomobil zavodunun Azərbaycan ilə İranın birgə uğurlu iqtisadi layihəsi olduğunu vurğulayıb.

Mahmud Vaezi Novruz Məmmədovu Baş nazir təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Qeyd edib ki, ölkələrimiz arasında kənd təsərrüfatı, nəqliyyat, energetika, sənaye, turizm, ticarət və digər sahələrdə əlaqələrin inkişafı üçün geniş potensial var. “Azərbaycan xalqı yenidən İlham Əliyevə etimad göstərərək onu Prezident seçdi və biz buna görə çox şadıq. Həm İranda, həm də Azərbaycanda Nazirlər Kabineti yenidən formalaşıb. İnanırıq ki, bu, qarşılıqlı münasibətlərin inkişafına töhfə verəcək. Ölkələrimiz arasında əlaqələr nə qədər inkişaf etsə bu, hər iki xalqın xeyrinədir.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!