21/08/2018 15:35

Valyuta USD EUR RUB TRY
Kurs 1.7000 1.9423 0.0253 0.2835


Gündəm

Türkiyə-Azərbaycan birgə təlimləri başa çatıb


04.06.2018   19:18


Türkiyə-Azərbaycan genişmiqyaslı birgə taktiki təlimində iştirak edən Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti və zirehli texnikası Naxçıvandakı daimi dislokasiya məntəqəsinə qayıdıb.

MN-dən ASAN Radioya verilən məlumata görə, birgə taktiki təlimin son günü “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib.

Tədbirdə Türkiyə Silahlı Qüvvələrinin 3-cü Ordusunun komandanı ordu generalı İsmail Serdar Savaşın və Azərbaycan Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayevin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak ediblər.




Xəbər lenti

21 Avqust













ASAN Radio telefonunuzda
Facebook